"Müharibə bitdi, artıq dost olmalıyıq" - erməni məşqçi Bakıya gəlməyə hazırdır

15:34 - 29 Aprel 2026

İyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında UFC turniri keçiriləcək.

Sportal.az xəbər verir ki, orta çəki dərəcəsində yarışan rusiyalı döyüşçü Şarabutdin Maqomedov da həmin turnirdə iştirak edəcək. Onun Ermənistan əsilli məşqçisi Qor Azizyan "Probestport" YouTube podkastında Azərbaycana gəlmək istəyini bildirib:

“Bakıya nəyə görə getməməliyəm? UFC turnir keçirir. Mən nəsə etməmişəm. Narahat olmağa heç bir səbəbim yoxdur. Ermənilər məni xain, xalq düşməni adlandıracaqlar deyə, döyüşçümü tək buraxmalıyam? Müharibə bitdi. Bütün bu söhbətlərə son qoymağın vaxtıdır. Biz dost olmalıyıq. Kim müharibə etmək istəyirsə, getsin. Mən müharibə etmək haqda düşünmürəm".

Xəbər xətti