AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib

11:17 - 28 Aprel 2026

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan European Sports NGO (ENGSO) Youth təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə “Gənc nümayəndə” seçilib.

Sportal.az xəbər verir ki, o, növbəti iki il ərzində proqramın “Dayanıqlı İnkişaf” (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. O, bu müddət ərzində Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.

ENGSO Youth “Gənc Nümayəndələr” proqramı idman sektorunda uşaq və gənclərin hüquqlarını müdafiə edən, idmanı sosial dəyişiklik vasitəsi kimi təşviq edən aktiv və bilikli gəncləri bir araya gətirir. Əməkdaşımız bu proqram çərçivəsində beynəlxalq işçi qruplarında fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək, idman və gənclər siyasəti üzrə Avropa standartlarının tətbiqi ilə bağlı təcrübə toplayacaq, sahə üzrə beynəlxalq mentorluq və şəbəkələşmə imkanlarından yararlanacaq.

Xəbər xətti