"Maradona ilə müqayisə olunmaq asan məsələ deyil"

12:17 - 28 Aprel 2026

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya dünya futbolunun əfsanəsi Dieqo Maradona ilə müqayisə olunmaqla bağlı təəssüratlarını bölüşüb. 

Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, gürcü vinger “Napoli”dəki vaxtlarını da xatırlatıb:

“Neapolda oynadığım zaman küçədə məni Kvaradona adlandırırdılar. Dünya futbolunun ən yaxşılarından biri ilə müqayisə olunmaq həmişə xoşdur. Maradona Neapolda oynayıb, Neapolda bütün evlərdə onun şəkli var. O, həqiqətən də tarixin ən yaxşılarından biridir. Bu ləqəblə çox fəxr edirəm. Bilirsiniz, Maradona ilə müqayisə olunmaq asan məsələ deyil. Çünki meydana hər dəfə çıxanda ləqəbə layiq olduğunuzu sübut etməlisiniz. Amma bəli, mən çox xoşbəxtəm”.
 

Xəbər xətti