"Yamal dünyanın ən yaxşısı ola bilər, o, seçilmişlərdən biridir"

22:22 - 26 Aprel 2026

Keçmiş yarımmüdafiəçi və “Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez Lamine Yamalın oyun səviyyəsini dəyərləndirib.

Sportal.az xəbər verir ki, 18 yaşlı ispaniyalı futbolçu bu mövsüm La Liqada “Barselona”nın heyətində 28 oyunda 16 qol vurub və 11 məhsuldar ötürmə edib.

“Lamin Yamalı Lionel Messi ilə müqayisə etmək olar, o seçilmişlərdən biridir. Hər şey ondan, onun mentalitetindən və tarix yazmaq istəyindən asılıdır.

Lamin dünyanın ən yaxşısı ola bilər, o artıq onların sırasındadır”, – deyə Xavi bildirib.

Xəbər xətti