Braziliya millisinin üzvü dünya çempionatından kənarda qala bilər

15:52 - 25 Aprel 2026

Braziliya milli komandası dünya çempionatına ciddi itki ilə yollana bilər.

Sportal.az xəbər verir ki, Eder Militaonun əzələ zədəsi ciddidir. Bu barədə COPE məlumat yayıb.

Braziliyalı millisinin üzvünün əməliyyat olunmaq ehtimalı var. Bu baş versə, 28 yaşlı mərkəz müdafiəçisi mundialda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti