Futbol üzrə Azərbaycan I Liqasında XXIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Difai" Buzovna qəsəbə stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 43-ə yüksəldən "Səbail" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Difai" isə sonuncu yerdədir.
"Difai" - "Səbail" 0:4
Qollar: K.Quliyev, 22, 47, Q.Səfərov, 51, 59
