DÇ-2026-dan sonra bu milliyə yerli mütəxəssis rəhbərlik edəcək

11:49 - 22 Aprel 2026

Rafael Markes DÇ-2026-dan sonra Meksika milli komandasına rəhbərlik edəcək.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Meksika Futbol Federasiyası (FMF) növbəti dörd il üçün milli komandanın inkişaf strategiyasını müəyyən edib. Meksikanın milli komandalar direktoru Duilio Davino mətbuata açıqlamasında Rafael Markes yığmanın növbəti baş məşqçisi olacaq.

Rəhbərliyin dəyişməsi 2026-cı il Dünya Kubokundan dərhal sonra baş tutacaq. Markes hazırda Xavyer Agirrenin köməkçi məşqçisi vəzifəsində çalışır və o, 2024-cü ilin yayında “Barselona Atletik”in məşqçisi vəzifəsindən ayrıldıqdan sonra bu vəzifəyə qoşulub:

"Rafaelin müqaviləsi artıq imzalanıb. Köməkçi məşqçi və gələcək məşqçi kimi o, oyunçu kimi malik olduğu eyni keyfiyyətləri qoruyub saxlayır: o, komandanı ətrafında birləşdirir”. 47 yaşlı veteran futbolçu “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Buls”, “Leon”, “Verona” klublarında çıxış edib. O, Meksika millisində 147 görüşdə 17 qol vurub(1997-2018).

Xəbər xətti