PSJ ilin ən yaxşı komandası seçildi, Yamal və Kroos da mükafat aldı

23:27 - 20 Aprel 2026

“Barselona” və İspaniya millisinin cinah oyunçusu Lamine Yamal 2025-ci ilin ən yaxşı gənc idmançısı seçilib (Laureus mükafatı). Mükafatlandırma mərasimi bu gün Madriddə keçirilib.

Sportal.az xəbər verir ki, keçən ilin ən yaxşı komandası isə PSJ olub. Paris klubu ötən mövsüm Çempionlar Liqası, Fransa çempionatı (Ligue 1) və Fransa kubokunu qazanaraq bu ada layiq görülüb.

Keçmiş “Real" və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos isə “İdman ilhamı” (Inspiration) nominasiyasında xüsusi mükafat alıb.

Qeyd edək ki, Yamal ötən il "Laureus" tərəfindən “İlin sıçrayışı" (Breakthrough of the Year) mükafatına layiq görülmüşdü.

Xəbər xətti