İtaliya millisinin keçmiş müdafiəçisi Leonardo Bonuççi hesab edir ki, milli komanda baş məşqçi postuna Pep Qvardiolanı dəvət etməlidir.
Sportal.az xəbər verir ki, o bildirib ki, əgər doğrudan da hər şeyə sıfırdan başlamaq istəyi varsa, bu addım müzakirə olunmalıdır:
“İtaliya millisinin potensial baş məşqçisi ilə bağlı müzakirə olunan adlara baxsaq, əgər hər şeyi yenidən başlamaq üçün real istək varsa, mən Qvardiolanın dəvət olunması ehtimalını nəzərdən keçirərdim. Bu, keçmişdə baş verən hər şeyin tamamilə yenidən qurulması demək olardı. Düşünürəm ki, bu çox çətindir, amma indi arzulamaq qadağan deyil.”
Qeyd edək ki, Bonuççi hazırda İtaliya millisində baş məşqçinin köməkçisi vəzifəsində çalışır. Cennaro Qattuzo komandanın 2026 Dünya Çempionatına vəsiqə qazana bilməməsindən sonra İtaliya millisindən ayrılıb.
saytlarin hazirlanmasi
