"Liverpul" Salahın varisi kimi 19 yaşlı futbolçunu transfer etməyə yaxındır

22:03 - 20 Aprel 2026

"Liverpul"  Yan Diomandeni Muhamed Salahın mümkün varisi kimi əsas namizəd hesab edir.

Sportal.az xəbər verir ki, "Leyptsiq" vingeri hazırda mersisayd klubunun əsas transfer hədəfidir və bu seçim qərar verən bütün şəxslər tərəfindən təsdiqlənib.

Hazırda futbolçunun yeni agentləri ilə konkret danışıqlar aparılır. Hələlik tərəflər arasında yekun razılıq əldə olunmasa da, oyunçunun düşərgəsi ilə təmaslar aktiv şəkildə davam edir. Klub səviyyəsində isə "Liverpul"  və "Leyptsiq" arasında rəsmi danışıqların başlamadığı bildirilir. Eyni zamanda,PSJ də kotdivuarlı futbolçu ilə maraqlanır və artıq onun agentləri ilə görüş keçirib.

Bu mövsüm 19 yaşlı Diomande Bundesliqada 29 oyunda 12 qol və 6 assistlə diqqət çəkib. Onun sürəti, driblinqi və qol instinkti Salahın boşluğunu doldura biləcək əsas xüsusiyyətlər kimi qiymətləndirilir.

Lakin transferin asan baş tutacağı gözlənilmir. "Leyptsiq"in futbolçu üçün təxminən 100 milyon avro tələb etdiyi bildirilir.

Xəbər xətti