"Barselona" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqanın liderinin əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" Argentina millisinin üzvü üçün onun klubunaa 100 milyon avro təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. 26 yaşlı forvard bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
