"Kür-Araz" "Göygöl"ü 2 cavabsız qolla məğlub etdi - VİDEO

23:54 - 19 Aprel 2026

II Liqada 23-cü turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, turulun açılış günündə "Kür-Araz" doğma meydanda "Göygöl"ü qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Kür-Araz" 21 xalla 8-ci, "Göygöl" isə 18 xalla 11-ci pillədə qərarlaşıb.

II Liqa

23-cü tur

"Kür-Araz" - "Göygöl" 2:0

Qollar: Bayram Əliyev, 11; Eltun Həsənli, 56

Xəbər xətti