"Yuventus" kapitan Manuel Lokatellinin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
