Türkiyə millisinin forvardı "Qalatasaray" və "Fənərbaxça" arasında seçim edəcək

15:48 - 19 Aprel 2026

Türkiyə millisinin və “Porto”nun hücumçusu Deniz Gül karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 21 yaşlı forvardın xidmətində “Qalatasaray” və “Fənərbaxça” maraqlıdır.

Hər iki klub Gül üçün “Porto”ya rəsmi müraciət ünvanlayıb. Gənc futbolçunun Portuqaliya klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, 2024-cü il avqustun 24-də “Hammarbü”dən “Porto”ya keçib.

İsveçdə dünyaya gələn və “Hammarbü”nün yetirməsi olan Gül 2025-ci il dən Türkiyə yığmasında oynamasını qəbul edib.
 

Xəbər xətti