Yalnız De Bruyne, Anri və Özildən geri qalan futbolçu - 18 asistlə

00:23 - 19 Aprel 2026

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının bu mövsümündə 18-ci məhsuldar ötürməsini verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu 33-cü turda “Çelsi” ilə oyunda (ikinci hissə 1:0) Mateus Kunya üçün assist müəllifi olub. Bu ötürmə sayəsində Bruno bir mövsümdə assist sayına görə Premyer Liqa tarixinin ən yaxşı göstəricilərindən birinə çatıb.

Beləliklə, Fernandes aşağıdakı futbolçuların nəticəsini təkrarlayıb:

Sesk Fabreqas — 18 assist (2014/15)

Frank Lempard — 18 assist (2004/05)

Kevin De Bruyne — 18 assist (2016/17)

Muhamed Salah — 18 assist (2024/25)

Bir mövsümdə daha çox assist edən yalnız üç futbolçu olub:

Thierri Anri — 20 assist (2002/03)

Kevin De Bruyne — 20 assist (2019/20)

Mesut Özil — 19 assist (2015/16)

Beləliklə, Bruno rekordun təkrarlanmasına cəmi 2 assist, yeni rekord müəyyənləşdirməyə isə 3 assist uzaqlığındadır. Mövsümün sonuna az oyun qaldığını nəzərə alsaq, onun bu tarixi göstəricini yeniləmək şansı kifayət qədər yüksək görünür.

Xəbər xətti