"Əgər onun haqqında danışmağa davam etsəniz, ağlayaram" - Qvardiola

00:15 - 20 Aprel 2026

Pep Qvardiola mövsümün sonunda Bernardo Silvanın "Mançester Siti"dən ayrılması barədə çox duyğusal fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, təcrübəli məşqçi "Arsenal"la matçdan (2:1) sonra bunları qeyd edib:

“Əgər onun haqqında danışmağa davam etsəniz, ağlayaram, ona görə ehtiyatlı olun. O gedəndə bu, çox emosional an olacaq. Bernardo sadəcə Bernardodur. Onu sözlə tam ifadə etmək mümkün deyil.

Bəzən mənə elə gəlir ki, insanlar onu ictimai fiqur kimi tam dəyərləndirmirlər. Boyu, sürəti, fiziki gücü – o, nə ən sürətlidir, nə də ən güclüsüdür… amma futbol burada başlayır və ayaqlarda bitir. Bu oğlanın uzun illər ərzində etdiklərinə görə ona sonsuz minnətdarlıq hissi keçirirəm”, – deyə məşqçi əlavə edib.

Bu sözlər Bernardonun klub tarixində nə qədər xüsusi yer tutduğunu bir daha göstərir.

Xəbər xətti