Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. Sportal.az saytının əldə etdiyi məlumata görə, "Qarabağ" klubu millimizin üzvünü satışa çıxarıb.
Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. "Qarabağ" yayda onu satmağa hazırdır.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.
saytlarin hazirlanmasi
