"Fənərbaxça" kubokla vidalaşdı

00:55 - 22 Aprel 2026

Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda əlavə olunmuş vaxtın ikinci hissəsinin son dəqiqələrində "Fənərbaxça" qapısına təyin olunan penalti zərbəsindən qol  buraxaraq kubokda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Konyaspor" finala vəsiqə uğrunda "Beşiktaş" - "Alanyaspor" cütünün qalibiylə qarşılaşacaq.

Xəbər xətti