AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda II Liqanın XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
19 aprel 2026-cı il tarixində II Liqada XXIII turun “Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
19 aprel 2026-cı il tarixində II Liqada XXIII turun “Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 99, 68)
20 aprel 2026-cı il tarixində II Liqada XXIII turun “Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 250 manat cərimə edilsin (maddə 51.2).
saytlarin hazirlanmasi
