Premyer Liqanı mövsümün sonunda tərk edəcək ilk komanda bəlli oldu

10:16 - 21 Aprel 2026

İngiltərə Premyer Liqasını mövsümün sonunda tərk edəcək ilk komanda bəlli olub.

Sportal.az xəbər verir ki, "Vulverhempton" yeni mövsümə Çempionşipdə başlayacaq.

Belə ki, Premyer Liqanın 33-cü turunda "Kristal-Pelas" - "Vest Hem" görüşünün 0:0 başa çatmasından sonra 20-ci pillədə yer alan "Vulverhempton"un elitadan düşəcəyi dəqiqləşib.

"Canavarlar" 17 xalla 20-ci pillədədir. Onlar sona beş tur qalmış hər oyunu qazansa belə, autsayderlər zonasından çıxa bilməyəcək.

Xəbər xətti