"Sabah"ın futbolçusu Zinedin Uld Xaled Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”la görüşdəki qələbəsini şərh edib:
"Qarabağ"la matçdan əvvəl hiss edirdim ki, bu görüşə mən də çıxacam, oynayacam. Çünki oyuna fiziki və mental olaraq da tam hazır idim. "Qarabağ"ın çox çətin rəqib olduğunu yaxşı başa düşürdük. Biz görüşə yaxşı hazırlaşmışdıq. Meydana sırf qələbə üçün çıxmışdıq. Sonda da istəyimizə nail olduq. Çox ağır görüş alındı, amma qalibiyyəti əldə etdiyimizə görə şadıq".
Masazır klubunun legioneri çempionluq şansları haqda isə bunları deyib: "Mövsüm hələ başa çatmayıb. "Qarabağ"la növbəti matçı düşünürük. Riyazi olaraq hələ çempion deyilik. Biz bu görüşə hazırlaşacağıq. Kubok görüşünə fokuslanmışıq. Məşqçi mənə güvənsə həmin oyun da oynayaram. Oyundan-oyuna növbəti görüşü düşünürük, qarşıdakı matçlara fokuslanırıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
