"Real" futbolçulara təsir edəcək baş məşqçi axtarışında - Arbeloanı qəbul etmirlər

00:34 - 22 Aprel 2026

Alvaro Arbeloa çox güman ki, mövsümün sonunda “Real"ın baş məşqçisi olaraq qalmayacaq.

Sportal.az xəbər verir ki,, futbolçular əvvəlki məşqçi Xabi Alonsodan yorulublar və Arbeloada “Real" səviyyəsində yanaşma görməyiblər. Alvaro komanda daxilində heç vaxt yüksək səviyyəli baş məşqçi kimi qəbul edilməyib.

“Real"da uğursuzluğun səbəblərindən biri liderlərin itkisi hesab olunur. Buna görə də “kral klubu” futbolçulara təsir edə biləcək və heyətdəki yetkinlik problemini həll edəcək baş məşqçi axtarır.

Madrid klubu hazırda xarici mütəxəssisin təyin olunmasını nəzərdən keçirir.

Xəbər xətti