"Mançester Siti"nin heyətində ciddi itki

18:41 - 21 Aprel 2026

"Mançester Siti" İngiltərə Premyer Liqasının 34-cü turunda səfərdə "Börnli"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, "şəhərlilər" oyuna ciddi itki ilə çıxacaq. Bu barədə baş məşqçi Pep Qvardiola məlumat yayıb.

Rodri komandaya kömək edə bilməyəcək. İspaniyalı dayaq yarımmüdafiəçisi "Arsenal"la matçda (2:1) qasıq nahiyəsindən zədə alıb.

Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti