"Real" Vinisiusla razılığa gəldi - maaşı Mbappedən az olsa da...

22:32 - 23 Aprel 2026

“Real” Vinisius Junior ilə müqavilənin uzadılmasına yaxındır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, klubla vinger arasında prinsipial razılıq əldə olunub. Tərəflərə yalnız son detalları razılaşdırmaq qalır.

Qeyd olunur ki, Madrid təmsilçisinin ən yüksək maaş alan futbolçusu hücumçu Kilian Mbappe olaraq qalacaq.

Cari La Liqa mövsümündə Vinicius Junior 31 oyunda meydana çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti