Braziliyalı müdafiəçi "Real"a kömək edə bilməyəcək

14:51 - 23 Aprel 2026

"Real" İspaniya La Liqasının 33-cü turunun "Betis"lə səfər matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, müdafiəçi Eder Militao komandaya kömək edə bilməyəcək. Braziliyalı futbolçu 32-ci turun "Alaves" oyununda ayaq əzələsindən zədə alıb.

Qarşılaşma 24 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti