"Sabah" Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub. O, yarımfinalın "Qarabağ"la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib. Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb.
13-cü ev görüşünə çıxan "Sabah" qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir. Qeyd edək ki, evdə ən çox qol vuran komanda "Qarabağ"dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.
saytlarin hazirlanmasi
