“Zirə”nin müdafiəçisi İssa Cibrilla komandasının Azərbaycan kubokunda finala vəsiqə qazanmasına şərh verib.
Sportal.az xəbər verir ki, nigerli futbolçu instaqram səhifəsində bunları yazıb: “Allaha şükür, Əlhəmdulillah. Bütün komandanı təbrik edirəm! Finala vəsiqə qazanmağımız kollektiv səylərimizi və birlikdə gördüyümüz işin mükafatıdır. Mənim üçün bu, Azərbaycan kubokunda ikinci final oyunum olacaq. Bununla çox qürur duyuram. Gəlin diqqətimizi cəmləyək və titul uğrunda irəliləyək!”.
Qeyd edək ki, Azərbaycan kubokunun finalında "Zirə" və "Sabah" klubları qarşılaşacaq.

