Azərbaycanda ulduz ala bilməyən futbol akademiyalarına sanksiya tətbiq ediləcək?

10:32 - 24 Aprel 2026

"5-Ulduz Akademiya İnkişaf Modeli" 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub.

Sportal.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov deyib.

O, ulduz ala bilməyən akademiyalara heç bir sanksiya tətbiq olunmayacağını deyib:

"Ulduz ala bilməyən akademiyalara heç bir sanksiya tətbiq olunmayacaq. Modelimiz 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub.

Bir akademiya 3 ulduza layiq deyilsə, ona 1,5 və ya 2 ulduz veriləcək. Hər ulduzun konkret kriteriyaları mövcuddur.

Bir klub 1,5 ulduz alarsa, biz ona növbəti illərdə potensialına uyğun olaraq 2,5 və ya 3 ulduz qazanmaq üçün hansı addımları atmalı olduğunu göstərən dəqiq yol xəritəsi təqdim edəcəyik".

Xəbər xətti