Millinin yeni baş məşqçisi bəlli oldu - ilk dəfə yığma komandada çalışacaq

10:53 - 24 Aprel 2026

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, Georgios Donis həmin posta dəvət edilib.

Bu barədə yerli federasiya məlumat yayıb.

56 yaşlı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edəcək.

Yunan mütəxəssis Erve Renarı əvəzləyib.

Donis PAOK, APOEL, "Əl-Hilal", "Panatinaikos", "Makkabi"(Tel-Əviv) kimi klubları çalışdırıb. O, ilk dəfə milli komandada işləyəcək.

Xəbər xətti