İspaniya La Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Barselona"da çıxış edən Lamin Yamal ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı viinger qalib olmaq üçün Vedat Muriki ("Malyorka"), Carlos Soler ("Real Sosyedad"), Lukas Boyé ("Alaves") və Fede Vinası ("Real Ovyedo") qabaqlayıb.
Qeyd edək ki, Lamin Yamal apreldə ölkə çempionatında meydana çıxdığı 3 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
