"Yuventus" İtaliya A Seriyasının 34-cü turunda səfərdə "Milan"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "qoca sinyora" matça ciddi itkilərlə çıxacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Kenan Yıldızla Duşan Vlahoviç vacib oyunda komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədəlidir.
Qeyd edək ki, "Milan" - "Yuventus" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. 33 turdan sonra "Milan" 2-ci, "Yuventus" isə 4-cü yerdədir.
saytlarin hazirlanmasi
