Ağdam şəhərində yeni "İmarət" stadionunun tikintisinə başlanılıb.
Sportal.az xəbər verir ki, "İctimai TV" bununla bağlı süjet hazırlayıb.
Gənclər və İdman Nazirliyinin şöbə rəisi Elmir Mehdiyev işin gedişi barədə məlumat verib. O, bildirib ki, stadion həmçinin, park funksiyasını həyata keçirəcək:
"Hazırda stadionun təməl hissəsində torpaq işləri həyata keçirilir. Paralel olaraq da dəmir-beton konstruksiyaları üzrə də işlərin icrasına başlanılıb. Stadionun ərazisində əsas meydançadan əlavə bir məşq meydançası da olacaq. Stadion Ağdam şəhərinin əhalisi üçün park funksiyasını da həyata keçirəcək".
Qeyd edək ki, "İmarət"in tikintisinin 2028-ci ilin sonunadək yekunlaşması gözlənilir. "Qarabağ" ev oyunlarını 2029-cu ildən burada keçirməyi planlaşdırır.
saytlarin hazirlanmasi
