İstanbul derbisini Avropa nəhəngləri izləyəcək

13:50 - 25 Aprel 2026

Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçına Avropada maraq böyükdür.

Sportal.az xəbər verir ki, bir çox klubun nümayəndələri oyunu stadionda izləyəcək. Bu barədə "Milleyet" nəşri məlumat yayıb.

"Real", "Barselona", "Bavariya", "Arsenal", "Napoli" və "Yuventus" İstanbul klubunu bu barədə məlumatlandırıb. Skautların Viktor Osimhen, Qabriel Sara, Barış Alper və başqa bir neə oyunçuya görə Türkiyəyə təşrif buyuracağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti