"Sabah" "Sivasspor"dan icarəyə götürdüyü Veliko Simiçlı bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri serbiyalı vingerin transfer hüquqlarına yiyələnəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bakı klubu 31 yaşlı yaşlı futbolçu üçün 450 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Veliko Simiç mövsümün əvvəlindən "Sabah"da çıxış edir. Serbiya millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 12 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
