"Alanyaspor"un müdafiəçisi Ümit Akdağ Super Liqada klubunu dəyişə bilər.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, "Qalatasaray" Türkiyə əsilli Rumıniya futbolçunun xidmətində maraqlıdır.
İstanbul nəhəngi Akdağı yayda heyətinə qatmağa çalışacaq. Klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 5-6 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Alanyaspor" Ümit Akdağı 2017-ci ilin yayında "Çelsi"nin akademiyasından heyətinə qatıb. Rumıniya U-21 millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 34 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
