Türkiyə millisinin üzvü Zeki Çelik yeni mövsümlə bağlı qərarını hələ ki verməyib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya “Yuventus”, “Çelsi”, “Fənrəbaxça” və “Zenit”dən təklif gəlib.
Lakin o, hələ ki yekun qərarını verməyib. Zekinin “Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Canavarlar” da ona müqavilə müddətini artırmağı təklif edib.
“Bursaspor”, “Bursa Nilüfer”, “İstanbulspor” klublarında oynamış Çelik 2022-ci ildə “Lill”dən “Roma”ya keçib.
