"Real"ın sabiq qapıçısı və kapitanı İker Kasilyas "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloanı tənqid edib.
Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, veteran futbolçu
"Arbeloa, şübhəsiz ki, "Real"ın yaxın tarixində vəzifəyə təyin olunmuş ən gənc məşqçidir. İzah edilə bilən səbəblər və indi müzakirə etmək üçün yersiz olan digər səbəblər var. Amma “Real”ın paltardəyişmə otağına yaxın hər kəs bunları bilir. Təəssüf ki, problemlərdən hamının məlumatı var və bunu aradan qaldırmaq üçün çıxış yolu tapılmalıdır".
Arbeloa 2026-cı ilin yanvar ayından “Real”a rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda 23 oyun keçirib, 14-də qalib gəlib və 7-də məğlub olub.
saytlarin hazirlanmasi
