Mahir Emreli “Kayzerslautern”dən ayrıla bilər – səbəbi bəllidir

16:34 - 26 Aprel 2026

Azərbaycan millisinin üzvü Mahir Emreli “Kayzerslautern”dən ayrıla bilər.

Sportal.az saytına verilən məlumata görə, buna səbəb onun oyun praktikasından əziyyət çəkməsi və ələlxüsus da, baş məşqçi tərəfdən ədalətsiz yanaşmanın hiss etməsidir.

Belə ki, Mahir “FİFA seriyası 2026” turniri üçün milli komandaya dəvət edilmişdi. Lakin klub Emrelinin kollektivə daha çox adaptasiya olması və daha hazır vəziyyətə gəlməsi üçün AFFA-dan onun Almaniyada qalmasınıın xahişini etmişdi. Millimizin baş məşqçisi Ayxan Abbasov da onların xahişini anlayışla qarşılamış və yerə salmamışdı.

Amma bunun Emrelinin klubdakı durumuna heç bir təsiri olmayıb. Vəziyyətin bu cür davam etməsi Mahirin mövsümün sonunda komandadan ayrılmasına gətirib çıxaracaq. Baş məşqçinin davranışına görə azərbaycanlı futbolçunun komandadan ayrılmaq ehtimalı yüksəkdir. 

Qeyd edək ki, Mahirin “Kayzerslautern”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti