Azərbaycan millisi toplanış üçün Monteneqroya yollandı

16:09 - 27 Aprel 2026

Minifutbol üzrə milli komandamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək

Xəbər xətti