Transfer məbləğinin 50 faizi "Real"a çatacaq futbolçu "Milan"ın hədəfində

23:11 - 28 Aprel 2026

“Milan” “Latsio”nun müdafiəçisi Mario Xila ilə maraqlanır.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “rossoneri” əvvəlcə “Bavariya”nın müdafiəçisi Kim Min Je ilə maraqlanırdı, lakin sonda cənubi koreyalı futbolçunun maaş tələblərini qarşılaya bilməyəcəklərini nəzərə alaraq diqqəti Xilanın namizədliyinə yönəldiblər.

Bildirilir ki, “Milan”ın idman direktoru İqli Tare məhz Xilanın transferinin tərəfdarıdır, komandanın baş məşqçisi Massimiliano Allegri isə ispan futbolçunun universal oyun xüsusiyyətlərini bəyənir.

Məlumata görə, Xila “İnter”, “Yuventus” və “Napoli”nin də maraq dairəsindədir. “Milan” 25 yaşlı müdafiəçi üçün 20-25 milyon avro təklif etməyə hazırdır. Eyni zamanda, mümkün transfer məbləğinin 50 faizi futbolçunun yetirməsi olduğu “Real"a çatacaq. İspan oyunçunun “Latsio” ilə müqaviləsi 2027-ci ildə başa çatır.

Xilaya alternativ variant kimi “Milan” “Udineze”dən Tomas Kristenseni də nəzərdən keçirir.

Xəbər xətti