"Araz-Naxçıvan"ın beninli vingeri Felipe Santosun adı "Turan Tovuz"la birgə hallanır. Belə ki, 29 yaşlı futbolçunun mövsümün sonunda "Turan Tovuz"a keçəcəyi iddia edilir.
Onun Naxçıvan təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Futbolçunun Tovuz təmsilçisinə keçib-keçməyəcəyi hələ ki bəlli deyil.
Məsələ ilə bağlı Sportal.az saytına açıqlama verən Santos bunları deyib:
"Adımı "Turan Tovuz"la hallanması haqda bunu deyə bilərəm ki, artıq 5 ildir Azərbaycandayam və hər mövsüm mənim adımı bütün klublarla birgə çəkirlər, bütün klublarla adım hallanır. Şəxsən "Turan Tovuz"la hələ ki danışmamışam. Heç bir klubla danışmamışam, daha dəqiq desəm. Çünki "Araz-Naxçıvan"la müqaviləm qüvvədədir. Qarşıdakı matçlarıma fokuslanmışam".
