A Seriyası klubundan Matiçlə bağlı qərar

14:58 - 1 May 2026

"Sassuolo" mövsümün sonunda müqaviləsi başa çatan Nemanya Matiçlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İtaliya klubu 37 yaşlı futbolçuya 1 illik sözləşmə təklif edib. Təcrübəli dayaq yarımmüdafiəçisi ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Nemanya Matiç mövsümün əvvəlindən "Sassuolo"da çıxış edir. Serbiya millisinin üzvü "qara-yaşıllar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti