"Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaş 1 il müddətinə futboldan uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi qərar verib.
31 yaşlı hücumameyilli yarımmüdafiəçi qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün ağır cəza ilə üzləşib.
Qeyd edək ki, Mert Hakan Yandaş 2025-ci ilin dekabrından bu ilin aprelinədək eyni işlə bağlı həbsdə olub. Təcrübəli futbolçunun İstanbul klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi
