"Bavariya" ilə cavab matçında oynamayacaq

18:30 - 29 Aprel 2026

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Əşrəf Hakimi sıradan çıxıb. Mərakeşli futbolçu UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Bavariya" ilə ilk matçında (5:4) zədələnib.

Hakiminin sağ ayaq əzələsində zədə aşkarlanıb. 27 yaşlı sağ cinah müdafiəçisi Almaniyada keçiriləcək cavab görüşündə iştirak etməyəcək.

Əşrəf Hakimi bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bavariya" ilə PSJ arasındakı cavab oyunu mayın 6-da Münhendə baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti