"Sabah" Azərbaycan çempionu oldu

21:55 - 30 Aprel 2026

Misli Premyer Liqasında 2025/2026 mövsümünün qalibi məlum olub.

Sportal.az xəbər verir ki, "Sabah" mövsümün bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

"Qarabağ"ın 21-ci turun təxirə salınmış oyununda "Neftçi" ilə 1:2 hesabı ilə məğlub olmasından sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin çempion olacağı dəqiqləşib. "Sabah" 29 turdan sonra ən yaxın izləyicisi olan Ağdam təmsilçisini 13 xal qabaqlayır. Bu isə 4 tur ərzində xal fərqinin aradan qalxmayacağı deməkdir.

Qeyd edək ki, 2017-ci ildə yaranan "Sabah" tarixi ərzində ilk çempionluğunu yaşayıb.

Xəbər xətti