"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Paulo Dibala ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçunu buraxmaq niyyətində deyil. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Baş məşqçi Can Pyero Qasperini Dibalanın komandada qalmasını istəyir. A Seriyası klubu yaxın vaxtlarda 32 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayında "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Roma"ya keçib. Argentina millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
