"Mourinyonun dövründə 3 il ərzində "Real"da cəmi bir titul var idi" - sabiq prezident

22:34 - 5 May 2026

Ramon Kalderon Joze Mourinyonun “Real”ın baş məşqçi postuna mümkün qayıdışından məmnun deyil.

Sportal.az xəbər verir ki, Madrid klubunun sabiq prezidenti öz açıqlamasında bunları qeyd edib:

“Bu skamyada işləmək çox çətindir. Son 65 ildə yalnız iki nəfər burada üç mövsümdən çox ardıcıl işləyə bilib: Karlo Ançelotti və Visente del Boske. Bu da bu işin nə qədər çətin olduğunu göstərir.

Mourinyo barədə eşitmişəm və şəxsən ona qarşı heç bir qərəzim yoxdur, amma onun klubda olduğu dövrdə nələrin baş verdiyini bilirəm. Üç il ərzində cəmi bir çempionluq, Çempionlar Liqasında heç bir final yox idi, mətbuat konfranslarında çoxlu problemlər yaşanırdı. Onun oyunçularla çoxlu fikir ayrılıqları var idi. Bu, "Real" üçün ən yaxşı dövr deyildi."

Xəbər xətti