"Sevilya"nın müdafiəçisi Martines Qauna karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Yeni Asır" nəşri məlumat yayıb.
İstanbul nəhəngi "Oso" ləqəbli oyunçu üçün İspaniya klubuna 5 milyon avroluq təklif göndərib. 22 yaşlı sol cinah müdafiəçisi ilə Fransanın "Strasbur" klubu da yaxından maraqlanır.
Qeyd edək ki, 2022-ci ilin yayında "Sevilya"nın akademiyasına qoşulub. Futbolçu 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
