Benin millisinin üzvü Felipe Santos “Araz-Naxçıvan”dan ayrılıb.
Bu barədə Sportal.az saytına futbolçu özü məlumat verib: "Hər oyunçuya futbolda əsl hekayə yaşamaq imkanı verilmir. Burada yaşadığım hər şeyə görə minnətdaram. Bu, iki il böyümə, çətinliklər və mühüm nailiyyətlər ili oldu. Bundan sonra nə olursa-olsun, “Araz Naxçıvan” həmişə mənimlə qalacaq".
O, Naxçıvan klubu ilə danışıq aparsa da, müqavilə şərtləri ilə razılaşmayıb. Belədə, Santosun 2026/2027 mövsümündə “Araz-Naxçıvan”da olmayacağı dəqiqləşib.
Santosa həm Azərbaycan, həm Rusiya, həm də Asiya klublarından təkliflər var.
29 yaşlı futbolçu “Ankaran”, “Maribor”, “Qəbələ” və “Hapoel Hayfa” klublarında oynayıb.
saytlarin hazirlanmasi
