"Turan Tovuz"un kapitanı açıqladı: "Təkliflərim var"

10:47 - 29 May 2026

“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev müxtəlif klublardan təklif alıb.

Qərb təmsilçisinin kapitanına Premyer Liqamızda mübarizə aparan klublar dəvət göndərib.

Lakin Hacıyev yeni mövsümə də Tovuz klubunda başlamaq istəyir. Sportal.az saytına açıqlama verən müdafiəçi qısa olaraq bunu deyib:

"Başqa komandalardan təkliflər almışam. Amma mənim "Turan Tovuz"la bir illik müqaviləm var. Bütün fikrimi də indiki komandamın oyunlarına yönəltmişəm".

Qeyd edək ki, Faiq Hacıyev "Qəbələ"nin yetirməsidir. O, "Turan Tovuz"a gəlməmişdən əvvəl MOİK-in də formasını geyinib.

Xəbər xətti